"Barselona"nın prezidenti: "Onun üçün 200 milyon avro dəyərində çılğın təkliflər alırıq"

20:41 - 23 Mart 2024

"Barselona"nın prezidenti Xoan Laporta futbolçularına təkliflər aldıqlarını bildirib.

Sportal.az xəbər verir ki, İspaniya mətbuatına açıqlama verən klub rəhbəri heç bir oyunçunu satmaq istəmədiklərini deyib:

"Lamine Yamal kimi oyunçular üçün təxminən 200 milyon avro dəyərində çılğın təkliflər alırıq. Əlbəttə ki, bu təklifləri rədd edirik. Biz Lamineyə güvənirik və satmağa ehtiyacımız yoxdur. Alexandro Balde, Fermin Lopes, Pedri, Frenki De Jong, Ronald Arauxo və Qavi üçün də təkliflər aldıq. Biz ulduzlarımızı satmaq istəmirik".

Xəbər xətti