"Nyukasl" "Real"ın futbolçusunu transfer etmək istəyir

22:24 - 4 Aprel 2024

"Real"ın futbolçusu Dani Sebalyos komandadan ayrılmaq istəyir.

Sportal.az xəbər verir ki, 27 yaşlı dayaq yarımmüdafiəçisi az oynamasından narazıdır. Bu barədə "Mundo Deportivo" nəşri məlumat yayıb.

İspan futbolçu karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər. "Nyukasl" təcrübəli orta xətt oyunçusunu transfer etməyi planlaşdırır.

Qeyd edək ki, "Real" Dani Sebalyosu 2017-ci ilin yayında "Betis"dan transfer edib. İspaniya millisinin üzvü bu mövsüm Madrid təmsilçisinin heyətində meydana çıxdığı 21 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2027-ci ilin yayına kimidir.

Xəbər xətti