Argentina millisinin üzvü Premyer Liqa klubunda - RƏSMİ

18:16 - 5 Yanvar 2026

İngiltərənin "Vest Hem" klubu hücum xəttini yeni oyunçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, Premyer Liqa klubu "Latsio"dan Valentin Kastelyanosu transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Vest Hem" argentinalı forvard üçün qarşı tərəfə 30 milyon avro təzminat ödəyəcək. 27 yaşlı futbolçu ilə 2030-cu ilin 30 oyun tarixinə kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, "Latsio" Valentin Kastelyanosu 2023-cü ilin yayında "Nyu York Siti"dən transfer etmişdi. Argentina millisinin üzvü bu mövsüm paytaxt təmsilçisinin heyətində meydana çıxdığı 12 rəsmi matçda 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti