"Arsenal"ın qapıçısı Karl Heyn "Verder"in tamhüquqlu oyunçusu olub.
Sportal.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Estoniyalı qolkiperlə bağlanmış müqavilənin detalları açıqlanmır. Lakin "Transfermarkt"ın məlumatına görə, keçid məbləği təxminən 3 milyon avro təşkil edib.
Qeyd edək ki, Heyn ötən ilin yayında icarə əsasında Almaniya klubuna keçmişdi. 24 yaşlı "əlcək sahibi" geridə qalan mövsümdə 2 matçda meydana çıxıb və onlardan birində qapısını toxunulmaz saxlayıb.
saytlarin hazirlanmasi
