"Yuventus"un müdafiəçisi Federiko Qatti azarkeşlərlə gözlənilməz toqquşma nəticəsində zədələnib.
Sportal.az xəbər verir ki, italiyalı futbolçu buna görə A Seriyasının 1-ci turunda "Frozinone"yə qarşı keçiriləcək matçı buraxmaq təhlükəsi ilə üz-üzədir.
İnsident Turin klubunun əsas və gənclər komandaları arasındakı yoldaşlıq oyunu zamanı baş verib. Oyundan sonra "Yuventus"un mövsönöncəsi ənənəsinə uyğun olaraq, azarkeşlər futbolçularla ünsiyyət qurmaq üçün meydançaya qaçıblar.
Fanatlardan biri yüksək sürətlə hərəkət edərkən sürüşüb və təsadüfən arxadan Qattinin ayaqlarına çırpılıb. "Corriere dello Sport" nəşrinin məlumatına görə, 28 yaşlı mərkəz müdafiəçisinə əzələ dartılması diaqnozu qoyulub.
saytlarin hazirlanmasi
