Misli Premyer Liqasının II turunda "Turan Tovuz" evdə "Şamaxı"ilə qolsuz bərabərliyə qalıb. Meydan sahibləri ikinci hissədə fərqlənsə də, baş hakim də, VAR hakimləri də topun qapı xəttini tam keçmədiyini səbəb gətirərək qolu qeydə almayıblar.
Lakin oyundan sonra "Turan Tovuz"un sosial şəbəkə hesablarında edilən paylaşımlardan görünüb ki, top tam olaraq qapı xəttini keçib.
Sportal.az xəbər verir ki, ATV-də yayımlanan "Futbolumuz" verilişində bu epizod geniş müzakirəyə çıxarılıb. Anons paylaşımında həmin hissə yerləşdirilib. Verilişin tam versiyası bu gün axşam saat 23:55-də efirə gedəcək.
saytlarin hazirlanmasi
