Azərbaycan UEFA reytinqində 2026/27 mövsümünün lideridir.
Sportal.az xəbər verir ki, klublarımız cari mövsümdə ölkəmizin aktivinə 5,125 xal yazdırıb. Ötən il 6-cı pillədə olan Azərbaycan 1-ci yerə yüksəlib.
Son 5 mövsümdə isə klublarımız 23,687 reytinq xalı toplayıblar. Hazırda ölkəmiz UEFA reytinqində 25-ci sırada qərarlaşıb.
Qeyd edək ki, Azərbaycan bu mövsüm avrokuboklarda 4 klubla təmsil olunub. "Sabah" UEFA Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanıb, "Qarabağ" bu gün Konfrans Liqasında pley-offun cavab görüşünə çıxacaq. "Neftçi" və "Zirə" isə əvvəlki mərhələlərdə mübarizəni dayandırıblar.
saytlarin hazirlanmasi
