"Fənərbaxça"dan "Barselona"ya - RƏSMİ

15:31 - 27 Avqust 2026

İspaniyanın "Barselona" klubu heyətinə yeni qapıçı cəlb edib.

Sportal.az xəbər verir ki, La Liqa nəhəngi "Fənərbaxça"dan Dominik Livakoviçi transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Barselona" xorvatiyalı qolkiper üçün Türkiyə klubuna 2 milyon avro təzminat ödəyib. 31 yaşlı "əlcək sahibi" ilə 2030-cu ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Xorvatiya millisinin üzvü olan Dominik Livakoviç 2025/26 mövsümünün birinci yarısında "Jirona"da, ikinci yarısında isə Zaqreb "Dinamo"sunda icarə əsasında çıxış edib.

Xəbər xətti