Bütün matçlar 10-cu dəqiqədə dayandırlacaq - Messinin şərəfinə

00:36 - 3 Sentyabr 2026

Argentina Futbol Assosiasiyası Lionel Messinin şərəfinə xüsusi aksiya elan edib.

Sportal.az xəbər verir ki, kapitan bazar ertəsi milli komandadan ayrılacağını açıqlayıb. Bununla əlaqədar olaraq, növbəti turda Argentinada keçiriləcək bütün kişi və qadın futbol çempionatlarının oyunları 10-cu dəqiqədə dayandırılacaq. Məqsəd oyun iştirakçılarının əfsanəvi futbolçunu alqışlamasıdır. Azarkeşlərin də bu təşəbbüsə qoşulacağı gözlənilir.

Həmçinin həmin bir dəqiqə ərzində stadionlardakı ekranlarda assosiasiya tərəfindən hazırlanmış xüsusi video nümayiş etdiriləcək.

Xəbər xətti