"Coşqun Diniyevin klubsuz olmağı məni narahat edir" - Şahin Diniyev

10:32 - 3 Sentyabr 2026

"Araz-Naxçıvan"dan ayrılan yarımmüdafiəçi Coşqun Diniyev özünə yeni klub tapa bilməyib.

Sportal.az xəbər verir ki, bunu "Report"a açıqlamasında 30 yaşlı yarımmüdafiəçinin atası, futbol mütəxəssisi Şahin Diniyev deyib.

O, oğlunun hələ də klubsuz olduğunu təsdiqləyib:

"Doğrusu, bu məsələ Coşqun kimi, məni də narahat edir. Bəzi futbol agentləri ilə danışıqlar aparılır. Coşqunun seçiminin uğurlu olmasını istəyirəm. İnanıram ki, gələcək karyerası daha da yaxşı olacaq".

Qeyd edək ki, C.Diniyev 2025/2026 mövsümündə "Araz-Naxçıvan"da çıxış edib.

Xəbər xətti