"Roma"dan ayrılan Stefan El-Şaaravinin yeni klubu məlum olub.
Sportal.az xəbər verir ki, azad agent statusunda olan italiyalı vinger "Cenoa" ilə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
33 yaşlı futbolçu A Seriyaslı təmsilçisi ilə 2027-ci ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan müqavilə imzalanıb. Tərəflər istəsələr, sözləşməni daha 1 il müddətinə uzada bilərlər.
Qeyd edək ki, Stefan El-Şaaravi 2021-ci ilin yanvarından "Roma"da çıxış edirdi. İtaliya millisinin sabiq üzvü 2025/26 mövsümündə "canavarlar"ın heyətində meydana çıxdığı 28 rəsmi matçda 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
