"Sabah"ın prezidenti Maqsud Adıgözəlov "Euronews"a açıqlama verib.
Sportal.az xəbər verir ki, funksioner Çempionlar Liqasına gedən yolun maliyyəyə deyil, analitikaya əsaslandığını bildirib:
"Biz bir çox köklü Avropa klubları ilə maliyyə baxımından rəqabət apar bilməzdik. Ona görə də öz rəqabət üstünlüklərimizi tapmalı idik. Məlumatların və seleksiyanın ağıllı şəkildə istifadə edilməsinin kluba maliyyə ölçüsünün təklif edə biləcəyindən qat-qat artıq səviyyədə rəqabət aparmağa kömək edə biləcəyini nümayiş etdirən "Maniboll" (Moneyball) fəlsəfəsindən ilhamlandıq. Futbolçular aktiv və ya statistik göstərici olmamışdan əvvəl insandılar. Oyunçulara əla məşq və yaşayış şəraiti təmin etməyə, onlara və ailələrinə hörmətlə yanaşmağa çalışırıq.
Çempionlar Liqası hər kəsin bu gün görə bildiyi nəticədir. Bizi xüsusilə qürurlandıran isə insanların 9 il ərzində görmədiyi sistem, mədəniyyət və onun arxasında duran əməkdir. Stadionda oturub "Barselona"nın və ya "Borussiya"nın "Sabah"a qarşı oynamasını izləyən gənc oğlan və ya qız futbola fərqli gözlə baxmağa başlaya bilər. Əgər bu nailiyyət daha çox uşağı futbola cəlb edərsə, stadionlara daha çox ailə gətirərsə və Azərbaycan futboluna inamı artırarsa, onda onun təsiri "Sabah"ın özündən qat-qat böyük olacaq".
saytlarin hazirlanmasi
