"Fənərbaxça"da ayrılıq - RƏSMİ

15:29 - 4 Sentyabr 2026

"Fənərbaxça" futbolçusu Anderson Talişka ilə yollarını ayırıb.

Sportal.az xəbər verir ki, bu barədə Türkiyə klubunun mətbuat xidməti məlumat yayıb.

Braziliyalı hücumameyilli yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, "Fənərbaxça" Anderson Talişkanı 2025-ci ilin yanvarında "Əl-Nəsr"dən transfer etmişdi. 32 yaşlı ön xətt oyunçusu cari mövsümdə İstanbul təmsilçisinin heyətində meydana çıxdığı 7 rəsmi matçda 5 qol vurub.

Xəbər xətti