İngiltərənin "Mançester Siti" klubunun heyətində ciddi itki baş verib.
Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisinin müdafiəçisi Manuel Akanci sıradan çıxıb.
İsveçrəli futbolçu Çempionlar Liqası pley-off mərhələsinin "Real"la matçında (2:3) zədələnib. 29 yaşlı mərkəz müdafiəçisinin zəsəsinin ciddi olduğu bildirilir. Təcrübəli oyunçu mövsümün qalan hissəsində iştirak etməyə bilər.
Qeyd edək ki, "Mançester Siti" Manuel Akancini 2022-ci ilin sentyabr ayında Dortmund "Borussiya"sından transfer edib. İsveçrə millisinin üzvü bu mövsüm "şəhərlilər"in heyətində meydana çıxdığı 30 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.
saytlarin hazirlanmasi