Futbol üzrə Azərbaycan 1-ci Liqasında 14-cü turun görüşləri keçirilir.
Sportal.az xəbər verir ki, bu gün "Karvan" doğma meydanda MOİK-i qəbul edib. Qarşılaşma Yevlax təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Xallarını 29-a yüksəldən "Karvan" turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. 20 xalı olan MOİK isə 4-cü yerdədir.
"Karvan" - MOİK 3:1
Qollar: B.Teymurov, 2, E.Qasımov, 6, R.Şabanov, 18 - V.Əsgərov, 29