"Nitsa"nın baş məşqçisi Patrik Vieyra gələcəyi qeyri-müəyyən olan Mario Balotellidən danışıb.
Sportal.az xəbər verir ki, 42 yaşlı mütəxəssis italiyalı forvardın komandadan ayrılmasının mümkün olduğunu deyib:
"Balotelliyə bir neçə günlük icazə verdim. Gələcəyi ilə bağlı düşünüb qərar verməlidir. Mövsümün sonuna kimi müqaviləsi var, ancaq başqa klubla anlaşsa, ayrılması mümkündür. Başqa nəsə söyləmək indi üçün erkəndir".
Bir müddət öncə Fransa mətbuatı Balotellinin 1,5 milyon avroya transferə çıxarılması barədə xəbər yazmışdı.
Qeyd edək ki, 28 yaşlı hücumçu cari mövsüm cəmi 10 oyun keçirib.
saytlarin hazirlanmasi