"Arsenal", "Barselona", "Mançester Siti" kimi klubların hədəfində olan "Lill"in hücumçusu Nikolas Pepe gələcək planlarından danışıb.
Sportal.az xəbər verir ki, 23 yaşlı futbolçu qış transfer dönəmində komandadan ayrılmayacağını deyib:
"Mövsümü "Lill"də başa vuracam. Yanvarda ayrılmağı düşünmürəm. Müqaviləm 2022-ci ilə qədərdir, amma mövsümün sonunda hər şeyi rəhbərliklə müzakirə edəcəyik. Bəlkə də "Lill"in heyətində Çempionlar Liqasında oynaya bilərəm. Niyə də olmasın?!"
Qeyd edək ki, Kot-d-İvuar millisinin üzvü "Lill"ə 2017-ci ildə "Anje"dən keçib.
saytlarin hazirlanmasi