"Monako" 36 yaşlı futbolçunu transfer etdi

18:54 - 3 Yanvar 2019

Fransa I Liqasında çətin günlər yaşayan "Monako" müdafiə xəttinə axtadığı futbolçunu "Şalke"də tapıb.

 

Sportal.az xəbər verir ki, "knyazlıq klubu" gelzenkirxenlilərin 36 yaşlı müdafiəçisi Naldonu rənglərinə bağlayıb. "Monako" braziliyalı futbolçunun keçidi üçün 1,2 milyon avro ödəyib. Tərəflər arasında 1,5 illik müqavilə imzalanıb.

 

Qeyd edək ki, Naldo cari mövsüm 13 oyun keçirib. Braziliya millisinin sabiq üzvü "Verder" və "Volfsburq" klublarında uzun müddət oynayıb. O, 2016-cı ildə "Şalke"yə keçib.

Xəbər xətti