"Nitsa"nın transferə çıxardığı Mario Balotelli karyerasını Fransada davam etdirə bilər.
Sportal.az "France Football"a istinadən xəbər verir ki, İtaliya millisinin üzvü "Marsel"ə keçəcək. "Marsel"in baş məşqçisi Rudi Qarsiya da bu transferə razılıq verib. Transferin yaxın günlərdə müsbət tamamlanacağı gözlənilir.
Qeyd edək ki, "Nitsa"da baş məşqçi Patrik Vieyranı bezdirən 28 yaşlı hücumçu cari mövsüm cəmi 10 oyun keçirib.
saytlarin hazirlanmasi