Stefan Mbia klubsuz qaldı

17:42 - 16 Yanvar 2019

Kamerun millisinin sabiq üzvü Stefan Mbia Fransa I Liqa təmsilçisi "Tuluza"dan ayrılıb.

 

Sportal.az xəbər verir ki, 32 yaşlı futbolçu ilə müqavilə ləğv olunub.

 

Qeyd edək ki, təcrübəli dayaq yarımmüdafiəçisi ötən yay Çinin "Hebey Çayna Forçun" klubundan “Tuluza”ya azad agent statusu ilə keçmişdi. Mbia karyerası ərzində "Renn", "Marsel", KPR, "Sevilya" və "Trabzonspor" klublarında çıxış edib.

Xəbər xətti