PSJ qapını döydü, "Napoli" 120 milyon tələb etdi

12:36 - 22 Yanvar 2019

"Napoli"nin yarımmüdafiəçisi Allanı transfer hədəfinə alan PSJ qarşı tərəfə rəsmi təklif göndərib.

 

Sportal.az "Corriere dello Sport"a istinadən xəbər verir ki, Paris klubu neapollulara 60 milyon avro təklif edib. Lakin "Napoli" bu təklifi rədd edib və bu transferin reallaşması üçün PSJ-dən 120 milyon avro tələb edib.

 

Qeyd edək ki, braziliyalı futbolçunun "Napoli" ilə müqaviləsi 2023-cü ilin yayına qədərdir. 28 yaşlı futbolçu cari mövsüm 25 oyuna 2 assist edib.

Xəbər xətti