PSJ-nin zədəli futbolçusu Neymarın son durumu müəyyənləşib.
Sportal.az "France Football"a istinadən xəbər verir ki, komandanın baş məşqçisi Tomas Tuhel 26 yaşlı hücumçunun onun martın sonuna kimi yaşıl meydanlardan uzaq qalacağını deyib. Braziliyalı ulduz Çempionlar Liqasının 1/8 finalında "Mançester Yunayted"lə hər iki görüşü buraxacaq.
Qeyd edək ki, Neymar Fransa kubokunun 1/16 finalında "Strasburq"a qarşı matçda zədələnib.
saytlarin hazirlanmasi