Jardim cəzalandı

19:25 - 14 Fevral 2019

Fransa I liqasında çıxış edən “Monako”nun baş məşqçisi Leonardo Jardim cəzalandırılıb.

 

Sportal.az xəbər verir ki, portuqaliyalı mütəxəssis Liqa 1-in 24-cü turunda “Monpelye” ilə qarşılaşmada hakimə sərt etirazlar etdiyi üçün bir oyunluq cəzalanıb.

 

44 yaşlı mütəxəssis fevralın 16-da "Nant"la keçiriləcək görüşdə texniki zonada yer almayacaq.

Xəbər xətti