Fransanın "Monako" klubunda gözlənilməz ayrılıq reallaşıb.
Sportal.az xəbər verir ki, "knyazlıq klubu"nun vitse-prezidenti Vadim Vasilyevin müqaviləsinə xitam verilib. Məlumatı klubun saytı yayıb. Klubun prezidenti Dmitri Rıbolovlev 7 il klubda çalışan rusiyalı futbol funksionerinin göndərilməsinə qərar verib.
Daha öncə "Football Leaks" saytı 53 yaşlı Vasilyevin transferlərdən faiz götürdüyünü üzə çıxarmışdı.
saytlarin hazirlanmasi