PSJ yarımmüdafiəçisi Lassana Diarra ilə yolları ayırıb.
Sportal.az "Le Parisien"ə istinadən xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçinin müqaviləsinə qarşılıqlı razılaşma ilə xitam verilib. Dizindəki zədə səbəbində Paris klubunda möhkəmlənə bilməyən futbolçunun karyerasını başa vuracağı barədə iddialar var.
Qeyd edək ki, Diarra 2018-ci ildə BƏƏ təmsilçisi "Əl-Cəzirə"dən PSJ-yə keçmişdi. Fransa millisinin sabiq üzvü "Çelsi", "Arsenal", "Portsmut", "Real", "Anji", "Lokomotiv", "Marsel" kimi klubların formasını geyinib.
saytlarin hazirlanmasi