PSJ-nin daha bir futbolçusunun evi soyuldu

17:51 - 25 Fevral 2019

Fransanın PSJ klubunun müdafiəçisi Dani Alveşin evi talan edilib.

 

Sportal.az xəbər verir ki, PSJ-nin "Monpelye" ilə qarşılaşdığı gün Alveşin Parisdə yaşadığı evə basqın olub. Quldurlar braziliyalı futbolçunun dəyərli qol saatlarını oğurlayıblar. Futbolçu hadisə ilə bağlı polisə şikayət edib.

 

Qeyd edək ki, ötən ilin sonunda PSJ-nin digər futbolçuları - Tyaqo Silva və Erik-Maksim Çupo Motinqin də evi soyulmuşdu.

Xəbər xətti