Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab qarşılaşmasında "Mançester Yunayted"ə evdə 1:3 hesabı ilə uduzaraq, mübarizəni dayandıran PSJ-nin hücumçusu Neymar cəzalandırılacaq.
Sportal.az RMC radiosuna istinadən xəbər verir ki, buna braziliyalı hücumçunun hakimin qərarına sərt təpki verməsi olub. Zədə səbəbindən oyunu tribunadan izləyən ulduz futbolçu instagram hesabında hakimin 90+2-ci dəqiqədə penalti təyin etməsiylə bağlı sərt sözlər yazmışdı.
Bu addımına görə, UEFA Neymarı 1-3 oyun cəzalandıracaq.
saytlarin hazirlanmasi