Çempionlar Liqasının 1/8 finalında "Mançester Yunayted"ə uduzaraq, mübarizəni dayandıran PSJ-nin baş məşqçisi gələcəyi haqda danışıb.
Sportal.az "France Football"a istinadən xəbər verir ki, alman mütəxəssis Paris klubundan ayrılmayacağını bildirib. 45 yaşlı mütəxəssis paytaxt klubunda uğur qazanmaq istədiyini deyib: "ÇL-dən dramatik şəkildə vidalaşdıq, lakin mənim müqaviləm var. Bu klubda böyümək və uğur qazanmaq istəyirəm. Mənim istəyim budur. "Mançester Yunayted"lə oyunda iki dəfə inanılmaz səhv etdik. Daha sonra hakim də yanlış qərarlar verdi. Son illərdə PSJ-də belə uğursuzluqların olduğunu bilirəm. Lakin mənimlə ilk qəza idi".
Qeyd edək ki, Tuxel mövsümün əvvəlindən PSJ-ni çalışdırır.
saytlarin hazirlanmasi