PSJ-nin müdafiəçisi Tyaqo Silva Fransa vətəndaşlığı alıb.
Sportal.az xəbər verir ki, Braziliya millisinin üzvü bu barədə "Twitter" hesabında yazıb. "Bu gün mən, həyat yoldaşım, uşaqlarım - İsaqo və İaqo Fransa vətəndaşları olduq. Bu, bizim üçün çox xoşbəxt bir gündür", - deyə Silva qeyd edib.
Qeyd edək ki, 34 yaşlı futbolçu 2012-ci ildə "Milan"dan PSJ-yə keçib.
saytlarin hazirlanmasi