"Qarabağ"lını məyus etdi, tarixə keçdi

18:01 - 26 Mart 2019

AÇ-2020-nin seçmə mərhələsində İslandiyaya qarşı matçda (4:0) ikinci qolun müəllifi olan Fransa millisinin hücumçusu Olivye Jiru tarixə keçib.

 

Sportal.az xəbər verir ki, fransız forvard yığmada 35-ci qolunu vurub. O, aktivində 34 qol olan David Trezegeni geridə qoymağa müvəffəq olub. Bu göstəricidə Jiru milli tarixinin ən yaxşı 3-cü bombardiri olub.

 

Fransa millisindən 51 qolla Tyerri Anri əlçatmazdır. Mişel Platini 41 qolla 2-cidir.

 

Qeyd edək ki, sözügedən matçda İslandiyanın qapısını "Qarabağ"da çıxış edən Hannes Halldorsson qoruyub.

Xəbər xətti