Milli ilk oyunda darmadağın oldu

09:51 - 28 Mart 2019

19 yaşadək futzalçılardan ibarət Azərbaycan yığması Avropa çempionatında mübarizəyə başlayıb. 

 

Sportal.az xəbər verir ki, millimiz əsas mərhələdə ilk oyununa çıxıb. Sloveniyanın Podçetrtek İdman Sarayında Kiprlə qarşılaşan yığmamız 1:7 hesabı ilə uduzub. 

 

Qrupda keçirilmiş digər oyunda Hollandiya yığması Sloveniyadan üstün olub - 5:4.

 

Qeyd edək ki, Azərbaycan yığması növbəti oyununu bu gün saat 19:30-da Hollandiya komandasına qarşı keçirəcək. 


27 mart

Avropa çempionatının əsas mərhələsi

 

Azərbaycan - Kipr - 1:7
Qollar:
Hüseyn Qarayev, 35:47 - Mamas Loizou, 03:46, 18:17, Taha El Kebbe, 07:58, Vasilis Papadopoulos, 11:51, 26:18, Çaris Koulloupa, 25:25, 28:37

Xəbər xətti