Millimiz Latviya və Serbiya ilə yoldaşlıq görüşü keçirəcək

11:07 - 28 Mart 2019

Futzal üzrə Azərbaycan millisi yoldaşlıq görüşləri keçirəcək. 

 

Sportal.az xəbər verir ki, komandamız apreldə 4 yoldaşlıq görüşündə qüvvəsini sınayacaq. Yığmamız ayın 8-də və 9-da Bakıda, 10-dan 12-dək Latviyada, 13-dən 17-dək isə Serbiyada təlim-məşq toplanışı olacaq.

 

Hazırlıq prosesi çərçivəsində futzalçılarımız aprelin 11-də və 12-də Latviya, 15-də və 16-da isə Serbiya yığması ilə yoldaşlıq oyunları keçirəcək.

Xəbər xətti