İngiltərənin "Vest Hem" klubunda forma geyən Samir Nəsri karyerasını Fransada davam etdirə bilər.
Sportal.az xəbər verir ki, Fransa millisinin keçmiş üzvünə Liqa 1 təmsilçisi "Monako" maraq göstərir. "Knyazlıq klubu" 31 yaşlı yarımmüdafiəçinin agentiylə danışıqlara başlayıb.
Qeyd edək ki, "Vest Hem"lə mövsümün sonuna qədər müqaviləsi olan futbolçu cari mövsüm 6 oyuna 2 assist edib.
saytlarin hazirlanmasi