Fransa Liqa kubokunun qalibi müəyyənləşdi VİDEO

13:20 - 31 Mart 2019

Fransa Liqa kubokunun qalibi bəlli olub.

 

Sportal.az xəbər verir ki, finalda "Strasburq"la "Genqam" qarşılaşıb. Liqa 1 təmsilçilərinin qarşılaşmasının əsas və əlavə vaxtında hesab açılmayıb. Qalibi müəyyənləşdirmək üçün penalti zərbələrinə ehtiyac duyulub. Burada isə "Strasburq" daha dəqiq oynayıb - 4:1. Bu qələbə sayəsində "Strasburq" 4-cü dəfə Liqa kubokunu qazanıb. Bu yarışı isə ən çox PSJ qazanıb (8 dəfə).

 

Fransa Liqa kuboku, final

"Strasburq" - "Genqam" - 0:0 (pen. 4:1)

 

 

 

Xəbər xətti