PSJ-nin hücumçusu Kilian Mbappe "Nant"la ölkə çempionatının XXVIII turundan təxirə salınmış oyunu buraxacaq.
Sportal.az xəbər verir ki, səbəb heç də gənc forvardın zədəli olması deyil.
Mbappe "Lill" ilə (1:5) qarşılaşmadan sonra komanda yoldaşlarını tənqid edib. Onun xarakter nümayiş etdirmədiklərini deməsi baş məşqçi Tomas Tuxelin ürəyincə olmayıb. Üstəlik, futbolçunun oyun zamanı həvəskar davranması onun cəzalandırılmasına səbəb olub. Bu üzdən Mbappe "Nant"la bugünkü görüşdə iştirak edə bilməyəcək.
Qeyd edək ki, Mbappe bu mövsüm 27 qolla çempionatda bombardirlər yarışına başçılıq edir.
saytlarin hazirlanmasi