Tuxel açıqladı: PSJ-də böyük dəyişiklik olacaq

12:02 - 1 May 2019

Fransa I Liqasının 34-cü turunda evdə "Monpelye"yə 2:3 hesabı ilə uduzan PSJ-nin baş məşqçisi Tomas Tuxel oyundan sonra açıqlama verib.

 

Sportal.az xəbər verir ki, almaniyalı mütəxəssis zədəli futbolçuların çoxluğundan şikayətlənib: "Çoxlu səhvlər etdik. Olduqca ciddi nöqsanlar oldu. Belə bir vəziyyətdə "Monpelye" kimi aqressiv komandanı məğlub etmək olmaz. Cəmi 15 futbolçumuz var. Çünki hamı zədələnib. Uzun müddətdir buna məruz qalmışıq. Futbolçular tez-tez oynayır. Bu da asan deyil".

 

45 yaşlı mütəxəssis mövsüm başa çatdıqdan sonra Paris klubunda ciddi islahat olacağını deyib: "Yayda komandada böyük dəyişiklik olmalıdır. Bizim hər oyunda rəqiblərə qarşı bütün gücünü ortaya qoyacaq futbolçulara ehtiyacımız var".

 

PSJ ötən turda Fransa çempionluğunu rəsmiləşdirib.

Xəbər xətti