PSJ-nin kapitanı əməliyyat edildi: uzun müddət oynamayacaq

17:39 - 8 May 2019

Fransa I Liqasında çempionluğu təmin edən PSJ ciddi itki ilə üzləşib.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, komandanın kapitanı Tyaqo Silva dizindən əməliyyat edilib. 33 yaşlı futbolçu uzun müddət yaşıl meydanlara ayaq basmayacaq.

 

Braziliya millisinin üzvü iyunun 13-dən iyulun 7-dək keçiriləcək "Kopa Amerika" turnirini buraxmalı olacaq.

Xəbər xətti