Azarkeşi vuran Neymar cəzalandırıldı

14:47 - 10 May 2019

Fransa Futbol Federasiyası ölkə kubokunun finalından sonra mükafatlandırma mərasimində azarkeşlə mübahisə edən və onu yumruqla vuran PSJ-nin hücumçusu Neymarı cəzalandırıb.

 

Sportal.az xəbər verir ki, braziliyalı futbolçu 3 oyunluq cəzalanıb. Neymarın cəzası gələn həftədən qüvvəyə minəcək. 27 yaşlı ulduz futbolçu Liqa 1-də son iki turu buraxmalı olacaq. Bundan əlavə, Neymar Çində "Renn"lə Super Kubok matçında da çıxış etməyəcək.

 

PSJ kubokun finalında "Renn"ə penaltilər seriyasında uduzmuşdu.

Xəbər xətti