"Lion" Juninyonun dönüşünü və yeni baş məşqçinin adını açıqladı

12:56 - 19 May 2019

Növbəti mövsüm üçün Çempionlar Liqasına vəsiqə qazanan Fransanın "Lion" klubunun yeni baş məşqçisi müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, klub prezidenti Jan-Mişel Ola yeni baş məşqçi və idman direktorunun adını açıqlayıb. 70 yaşlı rəhbər "Lion"un əfsanəvi braziliyalı futbolçusu Juninyonun idman direktoru təyin edildiyini bəyan edib.

 

Ola Braziliya millisində Titenin köməkçisi çalışan Silvinyonun komandanın baş məşqçisi təyin edildiyini deyib.

 

45 yaşlı braziliyalı mütəxəssis bu vəzifədə Bruno Jenesionu əvəz edib.

 

"Korintians", "Arsenal", "Selta", "Barselona" və "Mançester Siti" kimi klublarda oynamış Silvinyo 2011-ci ildən məşqçiliyə başlayıb. O, 2016-cı ildən Braziliya yığmasında çalışırdı.

 

Juninyo Pernambukano 2001-2009-cu illərdə "Lion"da çıxış edib və 248 oyuna 75 qol vurub. 44 yaşlı braziliyalı sabiq yarımmüdafiəçi 2013-cü ildə "Vasko da Qama"da karyerasını bitirib.

Xəbər xətti