Juninyo və Silvinyo rəsmən "Lion"da

18:25 - 27 May 2019

Fransanın "Lion" klubunun yeni baş məşqçisi müəyyənləşib.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, "Lion"un əfsanəvi braziliyalı futbolçusu Juninyo idman direktoru vəzifəsinə təyin edilib.

 

Braziliya millisində Titenin köməkçisi çalışan Silvinyo isə komandanın baş məşqçisi postuna təyin olunub. 45 yaşlı braziliyalı mütəxəssis bu vəzifədə Bruno Jenesionu əvəz edib.

 

"Korintians", "Arsenal", "Selta", "Barselona" və "Mançester Siti" kimi klublarda oynamış Silvinyo 2011-ci ildən məşqçiliyə başlayıb. O, 2016-cı ildən Braziliya yığmasında çalışırdı.

 

Juninyo Pernambukano 2001-2009-cu illərdə "Lion"da çıxış edib və 248 oyuna 75 qol vurub. 44 yaşlı braziliyalı sabiq yarımmüdafiəçi 2013-cü ildə "Vasko da Qama"da karyerasını bitirib.

Xəbər xətti