Villaş-Boaşın yeni iş yeri rəsmən məlum oldu

00:39 - 29 May 2019

Fransanın “Marsel” klubunun yeni baş məşqçisi məlum olub.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, Liqa 1 təmsilçisi baş məşqçi postuna portuqaliyalı çalışdırıcı Andre Villaş-Boaşı gətirib. 41 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb. Onun illik maaşı 7,2 milyon avro olacaq. Mütəxəssis bu postda Rudi Qarsiyanı əvəz edib.

 

Villaş-Boaş daha öncə “Portu”, “Çelsi”, “Tottenhem”, “Zenit” və “Şanxay SIPG” klublarını çalışdırıb. 2017-ci ildən işsiz olan portuqaliyalı Ralli yarışlarında çıxış edirdi.

Xəbər xətti