Fransanın PSJ klubunun hücumçusu Neymar Parisdə bir qadına təcavüz etməkdə günahlandırılır.
Sportal.az "Globo Esporte" nəşrinə istinadən xəbər verir ki, Braziliyada adının açıqlanmasını istəməyən qadın 27 yaşlı futbolçunu təcavüzdə ittiham edib.
Braziliyalı xanım Neymarla "Instagram"da tanış olub. Mayın 15-i futbolçunun dəvəti ilə Parisə yollanıb. Neymarla otellərin birində görüşən qadın futbolçunun sərxoş olduğunu və zorla cinsi əlaqəyə girdiyini deyib.
Hadisədən iki gün sonra Braziliyaya dönən qadın təhlükəsizliyindən qorxuğu üçün bir müddət səssiz qaldığını açıqlayıb.
saytlarin hazirlanmasi