"Atletiko"dan ayrılacağını bəyan edən Fransa millisinin üzvü Antuan Qrizmann gələcəyi barədə danışıb.
Sportal.az "Telematin"ə istinadən xəbər verir ki, 28 yaşlı hücumçu yeni klubunu seçdiyini deyib:
"Yeni mövsüm hansı klubda oynayacağımı bilirəm. Onu deyə bilərəm ki, Mayamidə deyil".
Qrizmann "Atletiko"da 2014-cü ildən çıxış edirdi.
saytlarin hazirlanmasi