PSJ-dən ayrılan Canluici Buffon karyerası ilə bağlı açıqlama verib.
Sportal.az xəbər verir ki, italiyalı qapıçı Paris klubunu ikinci qapıçı olmaq istəmədiyi üçün tərk etdiyini söyləyib:
"PSJ 5 ay əvvəl növbəti mövsüm ikinci qapıçı olacağımı söylədi. Yanvardan bəri bunu fikirləşirdim və sonda ayrılmaq qərarına gəldim. Çox pul qazanmaq və oynamaq variantları arasında seçim etməliydim. Mən oynamağı seçdim", - deyə 41 yaşlı qolkiper bildirib.
Buffonun karyerasını harda davam etdirəcəyi dəqiqləşməyib. Onun sabiq komandası "Parma"ya qayıdacağı və ya "Portu"ya keçəcəyi gözlənilir.
saytlarin hazirlanmasi