PSJ ilə müqaviləsi başa çatan Dani Alveş klubdan ayrılmağa qərar verib.
Sportal.az "RMC Sport"a istinadən xəbər verir ki, 36 yaşlı müdafiəçi başqa çempionatda çıxış etmək istəyir.
Kopa Amerika turnirində Braziliyanın heyətində olan təcrübəli futbolçu təklifləri dəyərləndirəcəyini açıqlayıb: "Hazırda Kopa Amerikaya köklənmişəm. Daha sonra gələcəyimlə bağlı qərar verəcəm. Təklifləri dəyərləndirəcəm".
Alveş ötən mövsüm PSJ-də 32 oyuna 3 qol vurub, 8 assist edib.
saytlarin hazirlanmasi