PSJ Neymarla bağlı bəyanat yaydı - İcazəsiz məşqə gəlməyib

00:36 - 9 İyul 2019

Fransanın PSJ klubu hücumçusu Neymarla bağlı bəyanat yayıb.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, braziliyalı hücumçu paytaxt klubunun yeni mövsüm üçün hazırlığın ilk məşqinə qatılmayıb. O, klubdan icazə almadan məşqdə iştirakçı olmayıb.

 

Paris təmsilçisi 27 yaşlı futbolçu ilə bağlı tədbir görüləcəyini bəyan edib.

 

Qeyd edək ki, Neymarın "Barselona"ya qayıdacağı ilə bağlı iddialar yayılıb.

Xəbər xətti