"Yuventus"un müdafiəçisi Matteys de Liqt çiynindən əməliyyat eidləcək.
Sportal.az xəbər verir ki, niderlandlı futbolçu Çempionlar Liqasının 1/8 finalında "Lion"a qarşı keçirdikləri oyundan sonra deyib:
"Özü pis və xəstə hiss edirəm. Biz "Lion"dan yaxşı oynadıq və qələbəyə layiq idik. Mərhələni "Yuventus" adlamalı idi. Bunu dərk edirdik və mübarizəni dayandırmaq barədə heç düşünmürdük. Komandada ilk mövsümüm idi və ölkə çempionu oldum. Ancaq İtaliya kuboku ilə Çempionlar Liqasını itirdiyimiz üçün çox üzgünəm. Mənim üçün ağır gecə oldu. İndi mövsüm öncə çiynimdən əməliyyat edilməliyəm. Sağalmaq üçün vaxta ehtiyacım var".
20 yaşlı futbolçu ötən mövsüm Turin təmsilçisində keçirdiyi 39 oyunda 4 qol vurub, 1 məhsuldar ötürmə edib.
saytlarin hazirlanmasi