"Yuventus" baş məşqçisi Maurisio Sarri ilə yolları ayırıb.
Sportal.az klubun saytına istinadla xəbər verir ki, Turin təmsilçisi 61 yaşlı mütəxəssisin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verib.
Sarri 2019-cu ilin yayından "qoca sinyora"nı çalışdırırdı. "Yuventus" italiyalı mütəxəssisin rəhbərliyi ilə A Seriyasının qalibi olub, Çempionlar Liqasında isə mübarizəni 1/8 finalda dayandırıb.
saytlarin hazirlanmasi