“Yuventus” istefaya göndərilən Maurisio Sarrinin alacağı təzminat məlum olub.
Sportal.az xəbər verir ki, italiyalı mütəxəssis vaxtından əvvəl klubdan göndərildiyi üçün 20 milyon təzminat alacaq.
Sarri 2019-cu ilin yayından "qoca sinyora"nı çalışdırırdı. "Yuventus" 61 yaşlı mütəxəssisin rəhbərliyi ilə A Seriyasının qalibi olub, Çempionlar Liqasında isə mübarizəni 1/8 finalda dayandırıb.
Klub onun əvəzinə Andrea Pirlonu baş məşqçi postuna gətirib.
saytlarin hazirlanmasi