Öncə xərçəng xəstəliyinə, sonra koronavirusa qalib gəldi

14:14 - 8 Sentyabr 2020

Koronavirusa yoluxan "Bolonya"nın baş məşqçisi Sinişa Mixayloviç sağalıb.

 

Sportal.az klubun saytına istinadla xəbər verir ki, serbiyalı mütəxəssisin ikinci testi mənfi çıxıb. 51 yaşlı çalışdırıcı sabahdan komandanın məşqlərində iştirak edəcək.

 

Mixayloviç avqustun 23-ü infeksiyaya yoluxmuşdu. Təcrübəli mütəxəssisin ötən mövsüm qanında xərçəng tapılmışdı. O, xərçəngə də qalıb gəlib.

Xəbər xətti